main-post-cover

    "Apple", gələcək iPhone modellərində bu vacib funksiyadan imtina edəcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Gələcək iPhone modellərində barmaq izi skanı olmayacaq.

    İstifadəçinin identifikasiyasını həyata keçirən məşhur texnologiyanı, üzün iki səviyyəli identifikasiyası əvəz edəcək. "Technote.az"ın "Apple Insider"ə istinadən verdiyi xəbərə əsasən bu bəyanatı, "KGI Securities” şirkətinin analitiki Ming-Chi Kuo səsləndirib. Qeyd etmək lazımdır ki, bu mütəxəssis, "Apple” ilə bağlı proqnozlarında çox nadir hallarda yanılır. Barmaq izi skanı ilk dəfə 2013-cü il iPhone modelində reallaşdırılmışdı. Sözügedən texnologiyanın birinci nəsli, iPhone 5s, iPhone 6, iPhone 6 PlusiPhone SE modellərində var. iPhone 6s, iPhone 6s Plus, iPhone 7iPhone 7 Plus modelləri isə texnologiyanın ikinci nəsli ilə təchiz olunublar. "AuthenTec” şirkətinin istehsalı olan bu ötürücülər, barmaq izini, 500 ppi-da skanını həyata keçirirlər. Kuo güman edir ki, "Apple” hal-hazırda, birbaşa ekrana inteqrasiya olunan ultrasəs ötürücülərinin istehsalçıları ilə danışıqlar aparır. Bundan əlavə olaraq iPhone 8 modelində istifadəçinin üzünün identifikasiyası texnologiyasının da olacağı gözlənilir. Bu üsul ilə sistem, kameradakı görüntünü, smartfonun yaddaşındakı istifadəçinin fotoları ilə müqayisə edəcək. Əgər istifadəçinin üz xüsusiyyətləri onun fotoları ilə uyğun gələrsə onda iPhone avtomatik olaraq blockdan çıxacaq. Sözügedən üsul, istifadəçinin smartfonunu, barmaq izi skanına nisbətən daha toxunulmaz edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər