Apple, ilin ən yaxşı tətbiq və oyunlarını açıqlayıb

444

Apple, App Store-da 2016-cı ilə damğa vurmuş tətbiq və oyunların siyahısını açıqladı.

Apple hər ilki ənənəsinə sadiq qalaraq App Store-un ən yaxşı tətbiq və oyunlarını yayımladı. Apple tətbiq və oyun olmaqla iki nüans üzrə qiymətləndirmə aparıb. 2016-cı ildə ən çox rəğbət görən tətbiq Prisma, ən çox seçilən oyun isə Clash Royale olub.

Aşağıda isə App Store-da yer alan ən yaxşı tətbiq və oyunlar yer alıb.


İlin ən yaxşı iPhone tətbiqi: Prisma

İlin ən yaxşı iPhone oyunu: Clash Royale

İlin ən yaxşı iPad tətbiqi: Sketchbook Motion

İlin ən yaxşı iPad oyunu: Severed

İlin ən yaxşı Apple TV tətbiqi: Twitter

İlin ən yaxşı Apple TV oyunu: Riptide GP: Renegade

İlin ən yaxşı Apple Watch tətbiqi: MySwimPro-Personal Swim Trainer

İlin ən yaxşı Apple Watch oyunu: Field Day

İlin ən yaxşı Mac tətbiqi: Bear

İlin ən yaxşı Mac oyunu: Life is Strange