Apple-ın ortağı ABŞ-da iPhone istehsalına rədd cavabı verdi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Apple-ın iş ortağı Trumpın təklifinə rədd cavabı verdi. Apple istehsal prosesini hələ ki, Amerikada davam etdirməyəcək.
Apple-ın iş ortaqlarından olan Pegatron,
iPhone istehsalını Amerikaya daşımaq fikrinə qarşı çıxıb. Onlar Amerikada buna
görə araşdırma etmək məsələsinə rədd cavabı veriblər.
Xatırladaq ki, Amerikanın yeni prezidenti
Donald Trump, Apple-ın CEO-su Tim Cook-la əlaqə saxlamış və ona iPhone
istehsalını Amerikaya daşımağı, bunun müqabilində isə onlara vergidə güzəştlər
edəcəyini bildirmişdi. Tim Cook isə mövzu ilə bağlı konkret cavab verməmiş və
bu məsələni dəyərləndirəcəklərini bildirmişdi.
Bunun üçün Apple, ortağı olduğu Pegatrondan
məsələnin araşdırılımasını istəsə də qarşı tərəf buna qarşı çıxdı.
Bir çox iqtisadçılar mövzu ilə bağlı öz
münasibətini bildirərkən Apple-a yerli istehsalın sərf etmədiyini, bunun yerinə
maddi baxımdan Foxconnla əməkdaşlığın daha uyğun olduğunu bildirmişdilər. Apple hələ ki, mövzu ilə bağlı açıqlama verməsə də iş ortağının bu işə qarşı
çıxması yerli istehsalı bir qədər qəlizləşdirir.
Yerli istehsalın ölkə iqtisadiyyatına müsbət
təsiri olsa da bunu Apple-ın öz gəlirləri və xərcləri haqda demək olmaz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ