main-post-cover

    "Apple", internet saytında yenilənmiş (refurbished) iPhone satışına başladı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Apple" bugün etibarı ilə internet saytından yenilənmiş cihaz satışına başladı. Bu cihazlara 1 il də zəmanət veriləcək.

    Yenilənmiş cihazlar içərisində iPhone, iPad, MaciPod yer alır. "Apple"ın ilk iPhone-u elan etdiyi 2007-ci ildən etibarən 1 milyarddan çox ağıllı telefon satdığı və bütün gəlirinin 60%-ni iPhone-dan gəldiyini nəzərə alsaq yenilənmiş məhsullar içərisində də ən çox satışın iPhone-larda olacağını deyə bilərik.
    iPhone satışlarının tarixdə ilk dəfə bu il bir eniş göstərdiyi düşünülərsə bu yeni gəlir metodunun məntiqli olduğu aşkardır. Üstəlik digər məhsullardan da əlavə gəlirlər əldə etmiş olacaqlar. Bir tərəfdən də eyni şeyi iki dəfə satmaq olduqca yaxşı bir üsuldur.
    "Apple"ın yenilənmiş məhsullarının bütün testləri edilib, əksik və xətalı  parçaları təmir edilib1 il zəmanətli şəkildə satılacaq olması haradasa sıfıra yaxın bir məhsul halına gətirildiyini göstərir. Bu modelə 2-ci əl satışı demək çox doğru olmaz amma bir sonrakı addımda buna da rast gələ biləcəyimiz istisna deyil.
    Hələki satışda olan məhsullardan 100-150 dollar arasında daha ucuz qiymətə istədikləri məhsulu tapmaq istifadəçilər üçün əvəzsiz bir təklifdir. Təbii ki hər cihaz və modeli bu cür tapa bilməyəcəyik. Hələki sadəcə Amerikada başlayan bu modellə sadəcə iPhone 6s və 6s+ modelləri mövcuddur. Digər "Apple" cihazlarında da çox köhnə modellər tapa bilməsəniz adətən ən son modelin bir alt modelləri bu üsul ilə satılacağını yadınızda saxlamalısınız. Xaricdəsinizsə və bu cür bir fürsəti dəyərləndirmək istəyirsinizsə "Apple"ın saytını incələməyiniz faydalı olacaqdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər