"Apple", iPhone 6s batareyalarını yoxlamaq üçün xüsusi sayt istifadəyə verdi

315

iPhone 6s-də bir nasazlıq aşkar edilib. Belə ki, smartfonun batareyasında olan nasazlıqdan cihaz öz-özünə sönür.

"Apple” sözügedən nasazlığın olduğunu təsdiq edib və istifadəçilərin bu model smartfonlarını yoxlamaları üçün xüsusi sayt istifadəyə verilib. Şirkət bildirib ki, problem yalnız 2015-ci ilin Snetyabr-Oktyabr aylarında istehsal olunmuş smartfonların batareyalarında aşkar edilib. Lakin buna baxmayaraq "Apple” rəsmi saytında smartfonun nə zaman istehsal olunduğunu öyrənmək qeyri-mümkündür. Qeyd etmək lazımdır ki, batareyada olan bu nasazlıq istifadəçilər üçün heç bir təhlükə daşımır. Həmin nasazlıqdan smartfonun batareyası nə yamanyacaq nədə ki, smartfondakı məlumatlar itməyəcək.

Sözügedən saytda yalnız cihazın seriya nömrəsini yazmaq lazımdır. Cihazın seriya nömrəsini öyrənmək üçün isə Settings -> General -> About Phone bölməsinə daxil olmaq lazımdır. Saytda cihazın seriya nömrəsini yazdıqdan sonra Submit düyməsinə klikləyərək smartfonunuzun batareyasının pulsuz dəyişdirilməsi proqramına daxil olub-olmadığını öyrənəcəksiniz. Əgər smartfonunuz bu proqrama daxil deyilsə deməli smartfonunuzun heç bir problemi yoxdur. Batareyaları isə istənilən rəsmi "Apple” mərkəzində dəyişmək mümkündür. Sözügedən sayta bu linkdən daxil ola bilərsiniz.