“Apple”, iPhone 7-də Suya qarşı qarantiya vermir!

1013

7 Sentyabrda təqdim olunan iPhone 7 modelləri, eyni zamanda ilk dəfə bir iPhone-da suya qarşı dayanıqlılıq təklif edir. Ancaq iPhone 7 modelləri suya qarşı qarantiyalı deyil!

Yeni nəsil iPhone-ları təqdim edən "Apple”, iPhone 7 modellərində bir çox ilkə də yer verdi. Bunlardan biri olan suya qarşı dayanıqlılıq mövzusunda isə "Apple” gözləniləni verməyə bilər. iPhone 7 suya qarşı qarantiyalı deyil!

Günümüzdə bir çox müasir smartfon modelində gördüyümüz suya qarşı dayanıqlılıq, nəhayət iPhone modellərinə də gəldi. IP 67 Sertifikatına sahib olan iPhone modelləri, suya, sıçramaya və toza qarşı dayanaqlılıq təklif etsə də "Apple” bu barədə qarantiya vermir.
Edilən açıqlamada yeni nəsil iPhone modellərininnin 60529 saylı IEC standartı çərçivəsində, IP67 sertifikatını əldə etdiyi bildirilərkən, "Suya, sıçramalara və toza dayanıqlılıq qalıcı deyil və normal istifadə müddətində azala bilər.” açıqlaması gəldi.

IPhone 7 haqqında
"Yaş bir iPhone-u enerji ilə təmin etməyə çalışmaq qadağandır” deyə xəbərdarlıq edən "Apple”, təmizləmə və qurulama üsulları üçün istifadə kitabçasını oxumağı məsləhət gördü. Əlavə olaraq, "Apple” etdiyi açıqlamada "Su təmasına bağlı zərərlər qarantiya çərçivəsində deyil.” ifadəsinə də yer verdi.
Bu günə qədər müştəri məmnuniyyəti mövzusunda ən yaxşı firmalardan biri olan "Apple”, belə riskli bir mövzuda olduqca ciddi bir formada açıqlama edib və telefonun su ilə təmasına qarşı qarantiyalı olmadığını ilk başdan bildirib.
Son olaraq, haqqında danışdığımız su keçirməzlik xüsusiyyətinin suya düşməyə ya da yağış altında və s. istifadə etmək üçün olduğunu qeyd edərək su ilə təmas mövzusunda yenə də həssas davranmalı olduğunuzu bildirək.