drzeka zeka kartları

Apple, iPhone-dan Mac-ə bütün cihazlarında kiritik təhlükəsizlik boşluqları tapdı

08.05.2017 0 PAYLAŞIM 5604 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Pis xəbər: Apple, iPhone-dan Mac-ə, Apple Watch-dan Apple TV-yə bütün cihazlarında kritik təhlükəsizlik boşluqları tapıb.

Yaxşı xəbər:Şirkət bütün bu boşluqlar üçün eyni vaxtda əməliyyat sistemi yenilənmələri paylaşdı.

Bugün etməyiniz lazım olan tək şey Apple cihazlarının hamısı üçün gələn əməliyyat sistemi yenilənməsini yükləməkdir.

Apple-ın bugün paylaşdığı yenilənmələr, iPhone 5 və sonrası, 4-üncü nəsildən etibarən iPad; 6-ıncı nəsildən etibarən iPod üçün iOS 10.2.1; Safari; Windows üçün iCould və iTunes ; Mac modelləri üçün macOS Sierra 10.12.2; Apple TV üçün tvOS 10.1.1; bütün Apple Watch modelləri üçün isə watch 3.1.3-ü əhatə edir.

Olduqca əhatəli olan bu yenilənmələrin hamısı, cihazlardakı təhlükəsizlik boşluqlarını aradan qaldırmağı hədəfləyir.

Wired jurnalının gündəmə gətirdiyi kimi bu boşluqlar, hackerların hər biri üçün əməliyyat sisteminin kernel üstünlüklərini əldə edərək istədikləri cihazı ələ keçirmələrinə şərait yarada bilər.

Apple, iOS 10.12.2 yenilənməsinin detallarını paylaşdığı dəstək səhifəsində, Kernel və Webkit tərəfindən pis məqsədli proqramların əməliyyat sistemlərinin cihazlar üçün ciddi risk daşıdığını, bunların yaddaş performansı və səhifə yükləmə kimi problemlər yarada biləcəyini açıqladı.

Apple-ın bu yenilənməsində ki, 11 təhlükəsizlik boşluqluğunun 9-u Google-ın ulduz hacker komandası Project Zero tərəfindən aşkar edildiyi məlumatlar arasındadı.


Apple əməliyyat sistemi yenilənməsi, yeni MacBook Pro-nun batareyasında yaşanan problemi də aradan qaldırmağı hədəfləyir . Yeni MacBook Pro, Apple tarixində Consumer Reports istifadəçi hesabatları tərəfindən tövsiyə edilməyən ilk cihaz olaraq qeyd edilmişdi. Buna səbəb olaraq cihazın fərqli modellərində batareyanın tam performansda işləməməsi olmuşdur.

Yenilənmələr üçün Tənzimləmələr-Ümumi-Əməliyyat sistemi yenilənməsi menyusuna daxil olaraq gələn iOS 10.2.1 yenilənməsini yükləyin.