main-post-cover

    Apple, iPhone-ları oyun konsoluna çevirəcək qrafik prosessorunu elan etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Apple, gələcəkdə istifadə edəcəyi qrafik prosessorunu təqdim etdi. 4K-ya keçməyə hazırlanan Apple-ın bunu etmək üçün belə bir qrafik prosessora ehtiyacı var idi.

    Apple kimi firmalar, bundan bir neçə il sonrasını planlayırlar. Gələcəyin iPhone-larında olması gözlənilən yeni nəsil GPU arxitekturası PowerVR Furian-ı təqdim etdi.
    Imagination Technologies tərəfindən təqdim edilənPowerVR Furian, oyun performanslarında Series7X7 Plus GPU-ya müqayisədə 70-90% arasında performans artımı təmin edəcək. Əlavə olaraq 35% daha yaxşı kölgələndirmə performansı və 80% daha yaxşı doldurma nisbəti təmin edəcək.
    Əlavə olaraq bütün bu performansı təmin edərkən daha aşağı güc istehlakı istifadə edəcək. Bu sayədə batareyasını inkişaf etdirən iPhone, çox daha uzun batareya ömürü təmin edəcək. Əlavə olaraq bu uzun saatları yalnız telefon istifadə edilmədiyində deyil, qrafikanın sonuna qədər istifadə edildiyi oyunlarda da edə biləcək.
    Yeni çıxacaq tətbiqlər üçün yeni bir sinif olaraq xarakterizə edilən Imagination Technologies, PowerVR Furian arxitekturasını gələcəkdə iPhone-larda yüksək keyfiyyətli oyunları dəstəkləməsi üçün inkişaf etdirdiyi bir gerçəkdir. 4K ekran, bu ekranı tam mənasıyla dəstəkləyəcək oyunları işlədə biləcək gücə sahib olmaq deməkdir. PowerVR Furian-ın iPhone 8 modellərində yer almayacağı düşünülsə də, 2017-ci ilin içərisində təqdim edilməsi gözlənilir. Ancaq, PowerVR Furian arxitekturalı iPhone-ların ən tez 2018-ci ilin sonunda gəlməsi gözlənilir.
    Imagination Technologies, 2008 ci ildən bu yana Apple ilə əməkdaşlıq edən texnologiya firmasıdır. Apple, ötən illərdə Imagination Technologies-nı satın almaq üçün təklif verməyə hazırlandığını bildirmişdi anacq daha sonradan bu məqsədindən imtina etdi.
    Linki kopyala