"Apple", istifadəçilər üçün Apple Support tətbiqini təqdim etdi

139

"Apple” şirkəti iPhone və iPad-lər üçün nəzərdə tutulmuş Support tətbiqini təqdim edib.

Tətbiqin test versiyası artıq App Store-un Hollandiya filialında istifadəçilər üçün aktivdir. Apple Support-un təsviri bu cürdür. "Sizə kömək lazımdır? Apple Support sizlərin şirkət tərəfindən təqdim edilmiş şəxsi köməkçinizdir. Sizə məxsus olan məhsullar barəsində cavabları məqalələrdə tapa bilərsiniz. Zəng, messencer və mail vasitəsilə bizim mütəxəssislərimizlə əlaqə yaradın. Apple Store və ya sizə yaxın olan servis mərkəzindən texniki dəstək əldə edin. Apple Support kömək üçün buradadır”. "Apple”, Genuis Bar özəlliyi ilə konsultasiyaya yazılmağın mümkünsüz olduğu Apple Store-dakı bir çox funksiyaları Apple Support-a inteqrasiya edib.

Apple Support, Apple ID-ə qoşulmuş cihazların siyahısını skan edərək cihazlarla problemlərin təlimatlarını təqdim edir və cihazın texniki müşaiyətində şirkət mütəxəssislərinə köməklik göstərir. Qeyd edək ki, bu ilin Mart ayında şirkət Twitter-də Apple Support səhifəsini istifadəyə verdi. Həmin səhifədə şirkət cihazlarla bağlı məlumatları paylaşır və istifadəçilərin suallarına cavab verir. Apple Support bir növ istifadəçiləri iPhoneiPad-lərdə olan gizli funksiyalar barədə məlumatlandırır və istifadəçilərin problemlərinə həllər tapır. Apple Support tətbiqi hələki yalnız App Store-un Hollandiya filialında aktivdir. Tətbiqin qlobal şəkildə hamıya təqdim olunması yaxın zamanda gözlənilir.