main-post-cover

    "Apple" istifadəçiləri şirkəti məhkəməyə veriblər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Köhnə iPhone-nu verib yeni iPhone 7 almaq istəyən Apple istifadəçilərinin arzuları ürəyində qalıb!

    Keçən il "Apple"ın iPhone Yeniləmə Proqramına (iPhone Upgrade Program) qatılanlar yeni iPhone 7iPhone 7 Plus modellərini əldə etmək üçün hazırlıqlar görürdülər. Amma 9 sentyabrda yeni cihazların əvvəlcədən sifariş günü gəldiyində bu istifadəçilər sözü gedən proqramdan yararlana bilmədiklərini bildiriblər. Recode-də yer alan məlumata görə, bəzi istifadəçilər bu vəziyyət qarşısında çıxılmaz qalaraq, "Apple" şirkətini məhkəməyə veriblər. Verilən məlumata görə, firma sözügedən proqrama yeni daxil olan istifadəçilər üçün limitsiz stok təklif edərkən, əvvəlki istifadəçilərə "yenidən təkrarlayın” kimi mesajlar gəlir. Bu vəziyyətin əsas səbəbi isə proqramın istifadəçilərinin fiziki mağazadan alışı həyata keçirmələrinə məcbur edilməsidir. Mağazalardakı sistem bir qədər fərqli işləyir. Belə ki, həmin əsnada stokdakı cihaz bitibsə, istifadəçilərə bəlli tarix üçün rezervasiya verilməsi yerinə daha sonra gəlib təkrar müraciət etməsi istənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər