Apple Mirror adlı "ağıllı" güzgü (VİDEO)

146

Heç bir yerdə satışda olmadığı halda "ağıllı” güzgü əldə etmək istəsəz nə etməlisiniz?

Onu özünüz yarada bilərsiniz. Necəki bunu Rafael Dymak edib. Filmlərdə "ağıllı” güzgülər çoxdan var. Günümüzdə teniki imkanlar həmin texnologiyanı yaratmağı belə mümkün edir. Lakin onlar istehsal olunmurlar. Rafael Dymak bu layihəyə rəhbərlik etməyi və özünün "ağıllı” güzgüsünü yaratmağa qərar verib. Təbii ki, bu işdə o tək deyil. Belə ki, ondan əvvəl də bu cür texnologiyanı yaradanlar olub. Lakin onun versiyasının dgərlərindən fərqi ondadır ki, Rafael-in "ağıllı” güzgüsü tamamilə funksionaldır bir çox tətbiqləri dəstəkləyir. "Technote.az”ın "Macdigger.ru”a istinadən verdiyi xəbərə əsasən Apple Mirror adlandırılan güzgü iOS 10 sistem təminatı ilə çalışaraq zamanı, tarixi, zamanı və hava xəbərlərini əks etdirir. Həmçinin cihaz vacib tətbiqləri də dəstəkləyir. Həmin tətbiqlər arasında qeydlər, elektron poçt, App Store, kalkulyator, Safari, Facebook Messenger və s. var. Apple Mirror vasitəsilə asanlıqla taksi çağırmaq, musiqi dinləmək və hətta evin işıqlandırma sistemini tənzimləmək olar.