main-post-cover

    Apple, naqilsiz şarj istehsalında tək ortaqla kifayətlənməyəcək!

    Elm & Texnologiya
    07.05.2017
    Brilyant Rasulova

    Apple-ın bu il içində bazara satışa çıxaracağı gözlənilən iPhone 8, naqilsiz şarj sahəsində inqilab etmək niyətindədir.

    2011-ci ildən bəri Apple tərəfindən edilən və hər biri öz cihazlarına olmaqla induktiv şarj həllərinin tətbiqi üçün reallaşdırdığı birdən çox patent müraciəti, tədqiqat şirkətinin əsas hissəsini təşkil edir.
    Apple-ın iPhone 8-də daxili naqilsiz şarj texnologiyasından istifadə edəcəyi reallığı daha da irəli gedir. Apple bütünlüklə şüşəli dizayna keçəcəyi üçün (şaiələr bu istiqamətdədir) birdən çox şirkətlə işləmək məcburiyyətində qalacaq. Lite-on, şüşəli quruluşa çalışarkən , Energous isə metallik gövdəyə dəstək verəcək . iPhone 8–in geriyə qalan materiallarının paslanmaz polad olacağını və hardasa heç plastikdən istifadə edilməyəcəyini vurğulamaqda fayda var.
    Tədqiqat, Apple-ın sadəcə Energous ilə bir ortaqlığa sahib olmadığını vurğulayır; Apple-ın bu ortaqlığı, yeni naqilsiz şarj istehsalı haqqında daha çox tədqiqat aparmaq üçün istifadə etdiyini bildirir.
    İnduktiv naqilsiz şarj sistemində, telefonda və naqilsiz şarj cihazında maqnit bir cihaz saxlamaq lazımdır. Mənfi cəhətlərinə rəğmən bazardakı ən məşhur naqilsiz şarj cihazıdır. Çünki qiymət və performans nisbəti yüksəkdir. Apple, Apple Watch-da bu üstünlükdən faydalanır. Lite-On-u da yanına alan nəhəng texnologiya şirkəti yeni flaqmanında çox daha məhsuldar şarj sistemi inkişaf etdirməyi planlayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər