main-post-cover

    "Apple", oğurlanmış iCloud hesabları barədə açıqlama verdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Apple” şirkəti, 599 milyon iCloud hesabının hack olunması xəbərini təkzib edib.

    Qeyd edək ki, dünən Turkish Crime Family adlı hacker qruplaşması, bir çox iCloud hesablarına sahib olduğunu bildirmişdi. Hackerlər, şirkətin onlara 7 Aprel tarixinə kimi 75.000 dollar dəyərində bitcoin ödəməyəcəyi təqdirdə həmin hesabları siləcəklərini bildirmişdilər. "Apple” şirkəti, sözügedən məlumatın yalan olduğunu bildirməsə də, öz servislərindən hansısa birinin hack olunmadığını və güman olunan hesabların digər şirkət servislərinə aid olduqlarını qeyd edib. Görünür şirkət, istifadəçilərin, eyni məlumatlarla bir çox servislərə daxil olduqlarına işarə edib. Məlumata əsasən bir çox hackerlər, daha əvvəllər sızdırılmış məlumatlardan digər servislərə daxil olmaq üçün istifadə edirlər. "Apple hər ehtimala qarşı daha qəliz şifrələrdən və ikiqat təhlükəsizlik sistemindən istifadəni, istifadəçilərə məsləhət görüb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər