main-post-cover

    "Apple", qıraqları bükülə bilən ekrana sahib cihaz üzərində çalışır.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    ABŞ-ın patent təşkilatının saytında "Apple” şirkətinin yeni cihazı barədə ərizələrə rast gəlinib.

    Xarici görünüşcə yeni cihaz,qıraqları bükülmüş papirusa bənzəyir. Patent ərizələrdə əks olunmuş cihazın fotolarından da görmək olar ki, o, OLED ekrana sahib olacaq və həmin ekran bükülə bilmək xüsusiyyətinə sahib olacaq. Bükülü vəziyyətdə isə ekran, alüminium bərkidicilər vasitəsilə qalacaq. Alüminium bərkidicilərin daxilində xüsusi mexanizm olacaq hansı ki, ekranı yenidən bükülmüş vəziyyətdən açılmağa imkan verməyəcək. Həmçinin cihazın bu hissəsinə onun prosessoru, RAM-ı, daxili yaddaşı, batareyası və digər özəllikləri yerləşdiriləcək. Təbii ki, bu yalnız patentdir. Sözügedən cihaz yaxın bir neçə il ərzində satışa çıxa da bilər, sadəcə olaraq patent şəklində qala da bilər. Bununla belə papirusa bənzər və əyilə bilən ekrana sahib cihaz yeni ideya olmasa da çox maraqlıdır.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər