main-post-cover

    "Apple", "Qualcomm"a 1 milyard dollarlıq təzminat davası açdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Apple”-dan "Qualcomm”-a 1 milyard dollarlıq təzminat davası.

    "Apple”, prosessor istehsalçısı "Qualcomm”dan  tam 1 milyard dollar təzminat tələb etdi. "Qualcomm”, ötən həftənin əvvəlində ABŞ-da istehlakçı haqlarının qorunması vəzifəsini icra edən Federal Ticarət Komissiyası(Federal Trade Commission) tərəfindən məhkəməyə verildi. Bunun ardından "Apple” da hərəkətə keçərək bu ictimai məhkəmə davasının üstünə birdə təzminat tələb etdi. "Apple”ın, "Qualcomm”la bağlı şikayəti, ödənilən lisenziya məbləğləri ilə əlaqəlidir. "Apple”a görə "Qualcomm”, lisenziya məbləği üçün  ondan tələb etdiyi rəqəmlər, onun digər firmalardan tələb etdiyi lisenziya məbləğindən 5 qat daha bahadır. Bu tələblərə üsyan edən "Apple” isə bu mövzunu məhkəməyə aparmağa hazırdı.
    "Qualcomm” həm istehlakçı haqqlarını pozduğu üçün Federal Ticarət Komissiyası tərəfindən məhkəmə verilən  işi səbəbindən həm də "Apple”dan gələn bu zərbə ilə çətin vəziyyətdə qalacaq kimi görünür . San Dieqo mərkəzli "Qualcomm”, "Apple” üçün çip tədarükündə özünü tək şirkət mövqeyinə gətirdiyini və "Apple”ın digər çip istehsalçılarıyla razılaşmaması üçün rəqabətə mane olan bəzi addımlar atmaqla ittiham edilmişdi. Məhkəmə işi hələlik ABŞ-da açılsa da, rəqabətə mane olmaqla bağlı mövzuda "Qualcomm”un Cənubi Koreya və Çin kimi ölkələrdə davam edən bənzər məhkəmə işləri var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər