Apple , rəqib şirkət Samsung dan reklama nə qədər çox vəsait xərcləyir?

08.05.2017 0 PAYLAŞIM 5388 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Məlumdur ki, "Samsung”un yaxşı maliyyə göstəricilərinin səbəbi şirkətin güclü reklam siyasətidir.

Bir müddət öncəki müşahidələr isə onu göstərdi ki, "Apple”ın reklam xərcləri öz rəqibindən daha çoxdur. Məlumata əsasən "Apple”, ABŞ-ın rəqəmsal kanallardakı reklamlara 97 milyon, "Samsung” isə 80.4 milyon dollar vəsait xərcləyib. Əgər "Samsung”un paltaryuyan maşın və soyuducu kimi, "Apple” ilə rəqabətdə olmayan məhsullarını siyahıdan çıxartsaq onda məlum olar ki, "Apple” reklama 179% daha çox vəsait xərcləyir. Sözügedən məlumatlar 30 Sentyabr 2015-ci il tarixindən 30 Noyabr 2016-cı il tarixinə kimi olan müddət ərzində yığılmışdır. "Technote.az”ın "Business Insider”ə istinadən verdiyi xəbərə əsasən tədqiqatçılar sosial şəbəkələrdəki reklamlar və axtarış portallarındakı nəticələr kimi kanalları nəzərə almırlar.

"Samsung” daha çox BTL marketinq(Below The Line) seqmentinə, in-store reklam və promo aksiyalara vəsait ayırır. Həmçinin vendor çalışır ki, onun məhsulu digər Android cihazlarla eyni səviyyədə tutulmasın. Bunun üçün ABŞ-da "bir brend strategiyası” reallaşdırılmışdır. "Samsung” təkid etmişdi ki, bütün beynəlxalq mobil operatorlar, Galaxy smartfonlarını, onların adlarını dəyişdirmədən satsınlar. Maraqlısı odur ki, söhbəti gedən "Apple”ın 97 milyon reklam vəsaitindən 22 milyonu məhz Oktyabr ayının payına düşür. Böyük ehtimalla bu, Oktyabr ayında yeni nəsil MacBook Pro modellərinin təqdimatı ilə əlaqəlidir. Bundan əlavə olaraq Sentyabrın ortalarında iPhone 7-nin satışları start götürmüşdü.