main-post-cover

    "Apple", "Samsung" ilə əməkdaşlıqdan imtina etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung” şirkəti vacib qərar qəbul edib.

    Belə ki, "Apple” şirkətindən sifarişlərin olmadığı üçün "Samsung”, prosessorlar istehsalını yenidən qurmağa qərar verib. "Apple” şirkəti isə öz növbəsində "TSMC”ni seçib. "Samsung”, prosessor istehsalını tamamilə ayırmağı düşünür. Şirkət bunun üçün hətta ayrı bir struktur da yarada bilər. Hal-hazırda "Samsung”un çiplər ilə bağlı 4 şöbəsi var. Mobil prosessorların istehsalı, kamera və ekranlar üçün çiplərin istehsalı, müştərilərin texniki dəstəyi və mikrosxemlərin istehsalı. İstehsalatın yenidən qurulmasının hesabına şirkət, yeni şöbənin artımını və alt şöbələrin idarəedilməsinin yüksəldilməsini planlaşdırır. Lakin bütün bunlara baxmayaraq "Apple”ın tamamilə "Samsung”dan imtina edəcəyi hələki bilinmir. Gələcəkdə şirkətlər yenidən əməkdaşlıq edə bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər