main-post-cover

    "Apple" şirkəti 89.000-ə yaxın iPhone 6s smartfonunu geri çağırır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Apple” şirkəti, BƏƏ-dən (Birləşmiş Ərəb Əmirlikləri) 88.700 ədəd iPhone 6s modelini geri çağırır.

    Bunun səbəbi isə sözügedən model telefonlardakı batareyalarda olan nasazlıqdır. Nəticədə həmin nasazlıq, smartfonların funksionallığına mane olur. Şirkət artıq BƏƏ-nin İqtisadi nazirliyinə məktub göndərib. Məktubda şirkət, yaranmış problemin məğzini və iPhone 6s istifadəçilərinə smartfon tərəfdən heç bir təhlükənin olmadığını qeyd edib. Sözügedən problem isə ondan ibarətdir ki, batareyanın enerji ehtiyyatı 50-60%-ə düşəndən sonra smartfon avtomatik olaraq sönür. Bu problem, 2015-ci ilin sentyabrından oktyabrına kimi Çində istehsal olunmuş iPhone 6s modellərində rast gəlinir. Həmin vaxt intervalında istehsal olunmuş partiyada neçə ədəd smartfonun olduğu məlum deyil. Lakin göstəricinin 89.000-dən olduğu dəqiqdir. Qeyd etmək lazımdır ki, şirkət, sözügedən problemi, keçən ilin Noyabr ayında öyrənmişdi. Həmin vaxtda şirkət nasaz olan batareyaların pulsuz dəyişilməsi proqramını istifadəyə vermişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər