main-post-cover

    Apple şirkətindən yeni Romeo və Culyeta reklamı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Apple şirkəti hər zaman öz məhsulları ilə bərabər reklamları ilə də istifadəçilərin diqqətini cəlb etməyi bacarıb. Bu dəfə yenidən iPhone 7 seriyasına həsr olunmuş reklam çarxı istifadəçilərin diqqətini çəkib.

    Reklam çarxı iPhone 7 seriyasının kamerasını ortaya çıxarmaq üçün nəzərdə tutulub. 30 saniyəlik video Romeo və Culyeta olaraq da adlandırılır. Videonun qəhrəmanları Romeo və Culyeta rolunu oynayan iki azyaşlıdır. Reklamı izlədikdə ilk baxışda kinoya baxdığınızı fikirləşə bilərsiniz. Amma əslində teatrı qızın Culyeta rolunu oynayan atası iPhone 7 ilə çəkmiş kimi göstərilir. Burda həmçinin belə bir deviz də diqqət çəkir: "Sizin videonuz kino kimi görünür.”
    Reklamın əsas məqsədi iPhone 7-nin nə qədər yüksək video çəkim qabiliyyətini ortaya çıxarmaqdır.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər