main-post-cover

    Apple, spam mövzusunda ilk addımı atdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Apple spam mövzusunda ilk addımı atdı!

    iOS və macOS cihazlarını hədəf alan iCloud spam təqvim istəkləri, keçdiyimiz həftələrdə gündəmə bomba kimi düşmüşdü. Çində spam hücumları ilə istifadəçilərin təqvimlərinə reklan formatında tədbirlər əlavə olunurdu. Qısa zaman içərisində minlərcə insana təsir edən bu hadisə Apple-ın iCloud təqvim paylaşımlarını aradan qaldıracağını da gündəmə gətirmişdi.
    Apple, bugün iCloud.com-un təqvim hissəsində"Vacib olmayanı bildir” seçimini əlavə edərək bu mövzuda ilk addımı atdı. Bu metod ilə bir növ istifadəçilərin köməyilə spam mövzu yaradan iCloud hesablarını ortaya çıxarmaq istəyən Apple, hələ ki, vəziyyəti tam ələ almış deyil.

    iCloud.com üzərindən təqvim istəklərini bildirmə xüsusiyyətinin önümüzdəki günlərdə ilk əvvəl iOS daha sonra macOS platformalarına da gəlməsi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər