main-post-cover

    Apple Store-a daxil olaraq iPhone-ları qıran şəxs haqda yekun qərar qəbul edildi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir müddət əvvəl Apple Store-da cihazlara çox ciddi ziyan verən şəxs haqda məlumat paylaşmışdıq. Məhkəmə həmin şəxs haqda yekun qərarı qəbul edib.

    Keçən ay Fransada Apple Store mağazasına girərək önünə gələn bütün iPhone-ları qıran adamın cəzası bəlli oldu. Belə ki, həbs cəzasından can qurtaran adam bunun əvəzinə pul cəzası ödəməlidir. Həmin şəxs iPhone-la birgə bəzi Mac modellərinə də ziyan vermişdi. Təhlükəsizlik orqanları tərəfindən mağazadan çıxarılan adam bu gün məhkəmə qarşısına çıxarılıb.
    Apple Store-da mallara ziyan verməkdə ittiham olunan şəxs 2 il sərbəst həbs cəzası aldı və verdiyi maddi ziyana görə 20.000$ ödəməli olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər