main-post-cover

    Apple Store-u iş vaxtında 15 saniyəyə qarət etdilər (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    3 nəfər cinayətkar, San Fransisko şəhərində yerləşən Apple Store mağazalarından birini inanılmaz şəkildə qarət edib.

    Hadisə iş günü zamanı, işilərin və alıcıların mağazada olduqları vaxtda baş verib. San Fransiskodakı Apple Store-u artıq bir həftədə iki dəfə qarət ediblər. Hər iki oğurluq hadisəsi 15 saniyə içərisində baş verib. Cinayətkarlar cins şalvar və jaket geyinmişdilər. Onları hələki yaxalamaq mümkün olmayıb. Mağazada olan təhlükəsizlik kameraları oğurluq hadisəsini anbaan çəkiblər. 25 Noyabr tarixində xüsusi maskalı 3 nəfər mağazaya daxil olub satıcı və alıcılara fikir vermədən mağaza məhsullarını oğurlayıb qaçmışdılar. Bütün bunlar 15 saniyə ərzində baş verib. 29 Noyabr tarixində isə həmin mağazanı ikinci dəfə qarət ediblər. Videodan da göründüyü kimi satıcılardan heç kim bu hadiaəyə reaksiya verməyib. San Fransiskonun polis departamenti, cinayətkarların tapılması ümidi ilə təhlükəsizlik kameralarından əldə olunmuş videolarıYouTube-a yerləşdiriblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər