main-post-cover

    Apple süni zəka ilə məşğul olan mühəndislərə azadlıq verdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Dünya səviyyəli texnologiya şirkətləri hər zaman işçilərinə göstərdiyi qayğı ilə diqqət çəkib. Öz işçilərinə yüksək qiymət verən Apple öz xüsusi qadağaları ilə də hər kəsin diqqətini çəkib.

    Hər zaman Apple cihazları insanlarda xüsusi marağa səbəb olub. Bu marağın səbəbi isə çıxaracağı texnoloji cihazlara xüsusi qayğı ilə yanaşması ilə bağlıdır. Şirkət məlumatların maksimal şəkildə gizli saxlanması üçün əlindən gələni etməkdədir. Hətta bu baxımdan FBI belə Apple-ın işlərinə müdaxilə edə bilmir.

    Bildiyiniz kimi Apple hal-hazırda bir sıra texnoloji şirkətlər kimi süni zəka üzərində işlər aparmaqdadır. Diqqət çəkən məqam isə bu baxımdan Apple-ın öz mühəndislərinə müəyyən icazələri verməsidir. Belə ki, artıq Apple mühəndisləri süni zəka ilə bağlı elmi konfranslara qatıla bilər və hətta bu mövzuda məqalə yayımlaya biləcəklər. Apple-ın belə etməsinin səbəbi bilinmir. Amma süni zəkanın gələcəyin bəlasımı yoxsa mükafatımı ola biləcəyi fikri şirkətin belə araşdırmaları aşkar aparmasına səbəb ola bilər. Apple, bu mövzuda süni zəkanın dünyada ortaq bir iş şəklində həyata keçirilməsini vurğulayır.
    Linki kopyala