"Apple" təhlükəsizlik üçün yeni bir metodun istifadəsinə başladı

489

Sonunda "Apple" iOS üçün SSL sisteminin dövrəyə saldı. "Apple", iOS 10 yenilənməsi ilə bir növ sistemin təhlükəsizliyini qarantiyə aldı demək yerinə düşər. iOS uzun zamandan bəri təhlükəsiz sistem olmağı bacara bilib.

Threatpost-un verdiyi məlumata görə Apple, iOS 10 ilə birlikdə yenilənmiş serverlərində server ilə brauzer arasındakı məlumatları şifrələyən yeni bir təhlükəsizlik sistemi olan SSL sistemini istifadəyə verib.


iOS istifadəçiləri iOS 10-dan əvvəl gələn bütün OTA yeniliklərini SSL vasitəsilə almırdılar. Bu səbəblə iOS yenilənməsinə hacker hücumunun olması qaçınılmaz idi. Bu vəziyyət indiyədək böyük bir problemə səbəb olmasa da "Apple" kimi texnologiya nəhənginin bu mövzuda geri qalması diqqət çəkirdi. Bundan əlavə Apple tərəfindən açıqlanan məlumatda klaviaturadakı, xəritə tətbiqindəki, mail tətbiqlərindəki təhlükəsiz sertifikatların ayrılması və məsajlaşma tətbiqi də daxil olmaqla ümumilikdə 7 təhlükəsizlik açığı iOS 10 ilə keçmişdə qaldı.