"Apple", Trump-ın xəbərdarlıqlarından sonra məcburən ABŞ-da istehsala başlayacaq mı?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Yeni prezident Trump-ın "Apple”a istehsalını ABŞ-a köçürtməyi təklif etməsinin ardından Tim Cook, ”iPhone”ları ABŞ-da istehsal etmək üçün bir üsul tapmış ola bilər.
Trump, seçki
kampaniyası ərzində xüsusilə "Texnologiya” şirkətlərinə istehsallarını ABŞ-da reallaşdırmaları barədə "xəbərdarlıq" etmişdi.
Prezident
seçildikdən sonra da bu sözlərinin arxasında durcağını söyləmişdi. İndidən həm
texnologiya həm də avtomobil şirkətləri, müxtəlif məhsullarının istehsalını ABŞ-a
köçürtmək üçün hazırlıqlara başlayıblar.
Ancaq ən çox
göz qarşısında olan şirkət, "Apple”-dan bugünə qədər səs yox idi. Hətta Apple-ın Hindistan-da istehsala başlamaq üçün Hind hökuməti ilə razılıq əldə etdiyi xəbərləri
gəlirdi.
Lakin indi "iPhone”ların
"vendor” şirkət istehsalçısı "Foxconn”-un 2016-cı ilin Fevralında 6.2 milyard dollar ödəyərək
satın aldığı "Sharp”-ın ABŞ-da "LCD” fabriki quracağı məlumatı mediaya
sızdırıldı.
OLED ekranlar ABŞ-da istehsal ediləcək
Apple, 2017-ci ildə "Samsung”-dan 100 milyon ədəd "OLED” ekranı satın alaraq "OLED”-li iPhone istehsal etməyi planlaşdırır, ancaq 2018 və sonrasında bu ekranları rəqibindən
satın almaq yerinə öz vendor firmasında istehsal etmək istəyir.
"Foxconn”-un
"Sharp” markasının ABŞ-da açacağı ekran
fabriki ilə ABŞ-da çox sayda yeni iş imkanları yaradacağı və bunun Trump-ı məmnun
edəcəyi düşünülür.
Tim Cook-un isə Foxconn-dan, yeni
investisiyalarını ABŞ-a etməsini və iPhone istehsalının bir miqdarını ABŞ-a
köçürtməsini tələb etdiyi söylənilir.
Beləliklə Apple, 2018 və sonrasında iPhone-ların əhəmiyyətli bir qismini ABŞ-da istehsal
etməyə başlayacaq və bununla da Trump ilə əlaqəsini pozmamış olacaq. Bəs bu fəaliyyət
iPhone-ların qiymətinə necə təsir edəcək?
ABŞ-da işçi
ödənişləri Çin-dən çox daha bahadır ancaq Apple-ın ekranları Samsung-dan satın
almaq yerinə Foxconn-un fabrikindən satın alması daha aşağı xərclə reallaşacağı üçün qiymətlərin eyni səviyyədə qalacağı gözlənilir.
Linki kopyala
Həftənin xəbərləri
Süni zəkanın köməyilə yaradılmış dərman insanlar üzərində test edilir
TikTok-un ABŞ-da qadağan edilməsinə hədəflənmiş qanun rəsmi səviyyədə dəstəklənib