drzeka zeka kartları

Apple Tv-ni inkişaf etdirməsi üçün Amazon-dan Apple-a Əjdaha transfer

08.05.2017 0 PAYLAŞIM 5530 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Amazon-un dünyadakı ən məşhur xidmətlərindən Fire TV-nin rəhbəri Timothy D. Twerdahl, artıq Apple üçün çalışacaq.

Bildiyiniz kimi bir müddətdir ki Apple-ın öz TV platforması Apple Tv-ni populyarlaşdırmaq üçün əsaslı işlər görəcəyini hətta Netflix-in etdiyi kimi öz platformasına xüsusi olaraq seriallar çəkəcəyi danışılırdı ancaq bu mövzuda Apple-dan bu vaxta qədər dəqiq bir addım atılmamışdı.

Apple-ın Apple TV-ni daha da böyütmək üçün ilk addımı rəhbərlik dəyişikliyi ilə gəldi.Amazon, Netflix və Roku kimi servislərdə çalışan və ən son Amazon-un Fire Tvxidmətinin rəhbəri Timothy D. Twerdahl-ın Amozon-dan Apple-a transfer olduğunu rəsmi olaraq təqdim etdi.

Daha əvvəldə Netflix və Amazon Fire TV-nin yüksək istifadəçi kütlələrinə çatdırılmasında böyük rolu olan Twerdahl beləliklə Apple TV-nin satışa çıxarılmasının idarəçiliyində olacaq və Apple TV-nin uğurunu daha da artıraraq bəlkə də hər evdə ola biləcək bir cihaz olmasını təmin edəcək