"Apple" və "Deloitte" iş ortaqlıqlarını elan etdilər

63

"Apple” və "Deloitte”, ortaqlıqlarını elan etdilər. "Deloitte”, iPhone və iPad-in iş yerinə gətirdiyi gücü daha üst səviyyəyə çıxardaraq hər böyüklükdəki şirkətin işləmə formatını dəyişdirməyi planlayır.

"Apple” və "Deloitte” bugün etdiyi açıqlama ilə birlikdə iş ortaqlıqlarını elan etdilər. İki firma iOS platformasının iPhone iPad vasitəsilə iş yerlərinə gətirdikləri gücü, istifadə rahatlığını və təhlükəsizliyini ən yüksək dərəcəyə çıxardaraq hər böyüklükdəki şirkətin işləmə formatını dəyişdirməyi planlaşdırır.

5.000-dən artıq işçisi ilə rəqəmsal çevriliş strategiyası sahəsində lider olan "Deloitte” müştərilərin iOS, iPhone və iPad vasitəsilə şirkətlərin pərakəndədən işə alımına, Laboratoriyadan idarəetmə ofisi sistemlərinə qısacası bütün korporativ sistemdə işləmə formatını dəyişdirməyi hədəfləyir.


Bu ortaqlığın ideal bir ortaqlıq olduğunu bildirən "AppleCEO-su Tim Kuk, "iPhone və iPad hər yerdə insanların işlərini görməsi üçün təsirli vasitədir. Bu ortaqlıq vasitəsilə, daha da çox şirkətin sadəcə "Appleekosisteminin təklif edə biləcəyi inanılmaz bacarıqlardan yararlanmalarına köməkçi ola bilərik” açıqlamasını verdi.

Eyni zamanda iki firma EnterpriseNext adı verilən, iOS əməliyyat sisteminin təchizat, proqram təminatı və xidmət ekosistemindən yararlanan bir xidmətdə hazırlanacaq. Bu xidmət vasitəsilə müştərilər öz sektorları içərisində təsir vasitələrini daha rahat kəşf edə biləcək və xüsusi həll üsulları hazırlaya biləcəklər.