main-post-cover

    "Apple" Yeni ilə həsr etdiyi reklam çarxını təqdim edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Yeni il yaxınlaşdıqca şirkətlər xüsusi kampaniyalara start verirlər. Apple isə daha fərqli formada yeni ilə həsr etdiyi reklam çarxını yayımlayıb. Reklam çarxı "Open Your Heart To Everyone” adlanır. Burda Frankenşteyni aktyor Brad Garrett ifa edir. Reklamda bədheybət gizli bir məktub alır və şəhərə getməyə qərar verir. Şəhər meydanına düşən Frankenşteyn çoxlu sayda insanın diqqətini üzərinə toplayır. Belə olan halda o, öz iPhone-nu açaraq oxumağa başlayır.
    "Biz ilin bu vaxtında məhsullarımızdan daha çox müştərilərimizə çatdırdığımız mesajlara üstünlük veririk” - deyə şirkətin marketinq şöbəsinin başçısı Thor Mirren bildirib. Həmçinin o bildirib ki, "Biz istəyirik ki, siz həyatda ən vacib şeylər haqda düşünəsiniz. Ona görə də reklam çarxı "Open Your Heart To Everyone” adlanır.”

     
    Linki kopyala