main-post-cover

    "Apple" yeni kompleksinə aid görüntüləri paylaşıb (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple-ın yeni təqdim edəcəyi kampus haqda görüntülər hər keçən gün yenilənməkdədir. Campus 2 adlandırılan məkan xarici interyerinə görə nəhəng uçan boşqabı xatırladır. Məkanın tikintisinə 2013-cü ildə başlanıb və verilən məlumata görə 2017-ci ildə başa çatacaq.
    Şirkət, kampusun görüntülərini dron vasitəsilə çəkərək insanlara təqdim edib. Möhtəşəm tikili haqda məlumatı Steve Jobs 2011-ci ildə, ölümündən 4 ay əvvəl vermişdi. Verilən məlumatda kampusun ərazisinin 260 min kvadrat metr ərazini əhatə edəcəyi bildirilirdi. Kompleksin tərkibində laboratoriya, fitnes mərkəzi, kafe, minlərlə insanın birgə istifadə edəcəyi koorporativ auditoriya daxil ediləcək. 4 mərtəbəli kompleksdə 14.000 insan fəaliyyət göstərəcək. Xatırladaq ki, əvvəlki kompleksdə cəmi 3000 insan iştirak edə bilirdi.
    Jurnalistlərin verdiyi məlumata görə layihənin büdcəsi 5 milyard dollar təşkil edəcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər