main-post-cover

    "Apple" yeni MacBook Pro modellərini təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Dünən Kupertino-da keçirilmiş tədbiri çərçivəsində "Apple” yeni MacBook Pro modelini təqdim etdi.

    Qeyd etmək lazımdır ki, təqdim olunmuş yeni model 2012-ci ildə istehsal olunmuş modeldən fərqli olaraq ilk böyük dizayn dəyişikliyinə sahibdir. Yeni model noutbook həqiqətən də funksional düymələr yerinə klaviaturanın yuxarı hissəində yerləşən sensorlu OLED ekranla təchiz olunub. "Technote.az”ın "Apple”a istinadən verdiyi xəbərə əsasən həmin sensor ekran Touch Bar adlandırılıb. Sensorlu ekran bir növ virtual klaviaturaya bənzəyərək istifadəçiyə lazım olan funksiyalardan asılı olaraq görünüşünü dəyişir. Tətbiqlərdən asılı olaraq sensorlu ekranda müxtəlif məzmunlar əks olunur. Həmçinin mətn yazan zaman ekranda mətnlə bağlı ipucular əks olunur. İstifadəçi Touch Bar vasitəsilə videounu irəli və geri çəkə, mətni müxtəlif formatlara çevirə və s. edə bilər.
    Yeni MacBook Pro, Touch ID barmaq izi skanına sahibdir. O, Touch Bar-dan sağ tərəfdə yerləşir. Skanerin işləməsi üçün noutbook Apple T1 çipinə sahibdir. Force Touch isə iki dəfə böyümüşdür. Noutbook iki versiyada satılacaq. Onlardan biri 13 inç, digəri isə 15 inç-lik ekrana sahib olacaq. Bu, seriya tarixində ən yüngül MacBook modelidir. Belə ki, 13 inç ekranlı versiyanın qalınlığı 14.9 mm, çəkisi isə 1.36 kq-dır. 15 inç ekranlı versiyanın qalınlığı 15.5 mm, çəkisi isə 1.81 kq-dır. Ekran 67% daha parlaq olmuş və 25% daha yaxşı rəngötürücülüyə sahibdir.
    Texniki göstəricilərə gəldikdə yeni MacBook Pro, 2 nüvəli Intel Core i5/i7 prosessoru, AMD Radeon Pro qrafik çipi, 4 GB videoyaddaş və 2 TB daxili yaddaş ilə təmin olunub. Noutbook bir dəfə şarj olunandan sonra 10 saat çalışmaq gücünə sahibdir. SD kartları, HDMI, USB Type-A və ənənəvi MagSafe girişindən imtina edərək şirkət bu dəfəki MacBook Pro-nu 4 ədəd USB Type-C girişi ilə təchiz edib. Həmçinin 5K formatlı iki ədəd xarici ekranın qoşulması da dəstəklənir. İstəyən hər kəs artıq bu gündən yeni MacBook Pro-nu sifariş edə bilər. 13 inç ekrana sahib model 1799$, 15 inç ekrana sahib model isə 2399$ qiymətinə satılacaq. Klassik model MacBook Pro sevənlər üçün isə Touch Bar özəlliksiz, yalnız iki ədəd USB Type-C girişinə və 13 inç ekrana sahib MacBook Pro təklif olunur. Onun qiyməti isə 1499$ təşkil edir.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər