Apple yenilənmiş iOS-da "SOS" funksiyasını təqdim edəcək

101

"Apple”, iOS-da təqdim etdiyi yenilikdə yeni funksiya təqdim etməyi fikirləşir. Yeni funksiya isə "SOS” adlanır.

"Apple”, iPhone sahiblərinin təcili hallarda istifadəsi üçün son dərəcə yararlı yeni xüsusiyyət təqdim edib. Yeni xüsusiyyət "SOS”adlanır və adından da məlum olduğu kimi təcili yardım çağırışı etmək üçün nəzərdə tutulur. Yeni xüsusiyyət daha asan şəkildə təcili yardım çağırışına şərait yaradır.

Yenilənmiş iOS yenilənməsi nəticəsində istifadəçilər SOS üçün nəzərdə tutulmuş düyməyə 5 dəfə ard-arda basdıqda o zaman təcili yardım çağırışı həyata keçirilir. Əgər istifadəçi bu düyməni bilmədən istifadə edərsə, təcili yardımı təxirə salmaq üçün ona müəyyən vaxt da verilir.

 

Bu funksiya ilk olaraq Amerika, Avstraliya, Belçika, Braziliya, Kanada, Çin, Fransa, Honk Konq, Hindistan, İtaliya, Yaponiya, Rusiya, İspaniyaBirləşmiş Krallıqda istifadəyə veriləcək. Digər ölkələrdə isə bu funksiyanın irəliləyən günlərdə təqdim olunması gözlənilir.