main-post-cover

    Apple öz cihazlarında foto və video çəkimlərə qadağa qoyacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    ABŞ-ın ticarət nişanları və patentləri üzrə təşkilatı (USPTO) Apple şirkətinin iPhone kameralarında çəkilişlərin məhdudiyyəti üçün nəzərdə tutulmuş texnologiyanı qeydiyyatdan keçirdib. Əgər siz muzeylərdə və müxtəlif konsertlərdə foto və ya video çəkməyi sevirsinizsə onda sizə pis xəbərimiz var. Apple-ın yeni texnologiyası sayəsində sözügedən şirkətin cihazları müəyyən yerlərdə foto və video çəkilişlərin aparılmasına avtomatik olaraq qadağa qoyacaq. Patentdə olan məlumata əsasən iPhone və iPad-lərin kameraları xüsusi infraqırmızı siqanalları müəyyən edərək foto və video çəkiliş funksiyasını avtomatik olaraq dayandıracaq. Bu cür yerlərə misal olaraq muzeyləri, konsertləri və çəkiliş aparılmasının qadağan olduğu digər yerləri göstərmək olar. Bəzi hallarda cihazların kameraları çəkilişi dayandırmaq əvəzinə çəkiliş zamanı görüntünü bulanıq şəkildə çəkəcək. Bundan əlavə olaraq yeni texnologiya infraqırmızı siqnalda kodlaşdırılmış məlumatı ekranda əks etdirə biləcək. Məsələn muzeydə hansısa eksponata cihazın kamerasını yönləndirəndə həmin eksponat haqqında məlumatlar cihazın ekranında əks olunacaq. Sözügedən texnologiyanın hansı iPhone modelində reallaşdırılacağı hələki bilinmir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər