main-post-cover

    Apple öz milyardıncı iPhone cihazını satıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple CEO-u Tim Cook bildirib ki, şirkət öz milyardıncı iPhone cihazını satıb. Bu barədə o Kupertino-da əməkdaşlar ilə keçirilmiş görüş zamanı qeyd edib. "Biz daha bir dövrü geridə qoyduq” – deyə Tim Cook bildirib. O qeyd edib ki, şirkət heç vaxt hamıdan çox qazanmağı özünə məqsəd kimi qoymayıb. "Biz həmişə dünyanı dəyişəcək məhsulları istehsal etməyə səy göstərmişik” – deyə o bildirib. Dünyanı dəyişmək üçün edilən gündəlik səylərə görə Tim Cook şirkətin bütün əməkdaşlarına öz minnətdarlığını bildirib. Bazarda müxtəlif növ smartfonların çıxmasına və rəqabətin artmasına görə iPhone cihazlarının satışları son illər ərzində aşağı düşüb. Lakin Cook-un fikrincə bu cihaz ən uğurlu məhsullardan birinə çevrillərək bazara müəyyən dərəcədə təsirini göstərib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər