main-post-cover

    "Apple"dan öyrənməli olduğumuz marketing strategiyaları

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Steve Jobs-un elektronika ilə bağlı məlumatı olmasa da yüksək inkişaf etmiş marketoloq qabiliyyəti var idi. Məhz onun düzgün marketoloq siyasəti dünyada "Apple"ın ilk sıralarda yer almasına şərait yaratdı.

    Dünya səviyyəsində tanınmaq istəyi olan şirkətin "Apple"ın marketinq siyasətində öyrənməli olduğu vacib strateji incəliklər mövcuddur. Bu yazıda sizə "Apple"ın marketinq siyasətində əsas rol oynayan ünsürlər haqda məlumat verəcəyik.

    Sadə düşünməyi bacarmaq

    "Apple" hər zaman bu ünsürə xüsusi diqqət yetirib. Ən yeni fikirlərlə telefon bazarının liderinə çevrilən "Apple" şirkəti hətta öz reklamlarında da bu ünsürə xüsusi diqqət yetirir. Buna misal olaraq "Apple"ın son model telefonu olan iPhone 7 seriyasına həsr olunmuş reklam çarxını misal göstərmək olar. Diqqət çəkən məqam isə reklamda əlavə heç bir detala yer verilməyib. Sadə və qısa mövzu telefon haqda bütün fikirləri formalaşdırır.

    İstifadəçilərin istəyini nəzərə almaq

    "Apple" yeni bir məhsul ortaya çıxarmadan əvvəl onun haqda müəyyən araşdırmalar aparır. Bunun üçün hər hansı endirim kampaniyaları və müəyyən güzəştlər təqdim edən şirkət sosial mediaveb sayt vasitəsilə istifadəçilərin yeni cihazlardan hansı yeniliklər gözlədiyini öyrənir, hətta bəzi etibarlı mənbələrdən bu haqda fikirlər alırlar.

    Keyfiyyət, dəyərləri təyin edən ünsürdür

    Bu fikri tam olaraq "Apple" haqda demək mümkündür. Çünki "Apple" hər zaman yeniliklərlə diqqət cəlb etsə də mümkün qədər qiymət standartında da öz liderliyini saxlamaqdadır. Burda əsas diqqət çəkmək istədiyimiz amil odur ki, "Apple" məhsulları ucuz olmasa da qiymətlər arasında çox böyük fərq ifadə etmir. Yəni qiymətlərdə çox böyük dəyişikliklər etməyən şirkət qiymət rəqabətinə qoşulmur.

    Hər təqdimata xüsusi yanaşmaq

    "Apple" hər zaman öz təqdimatlarına xüsusi diqqət etməkdədir. Hətta tanıdılacaq cihazlar haqda məlumat verərkən belə bu ənənə qorunmaqdadır. Cihaz və ya xidmət haqda məlumat verən "Apple" nümayəndələri qısa və maraqlı təqdimata üstünlük verməkdədirlər. Hətta bunun üçün "Apple" xüsusi bazar analizi aparmaqdadır.

    Diqqəti cəlb etmək onun əlçatmaz olduğuna inandırmaqdan keçir

    "Apple"ın tətbiq etdiyi əsas strateji ünsürlərdən biri də məhz budur: Bir cihazı tanıtmazdan əvvəl onu müzakirələrin obyekti halına gətirmək. Təqdimatdan əvvəl mağazalarda ön sifarişlərin verilməsi, təqdimat öncəsi uzun insan sıralarının yaranması uğurlu marketinq siyasətinin təməlini təşkil edən əsas xüsusiyyətlərdəndir.

    Görüntü ilə insanları ələ almaq

    Hal-hazırki dövrdə kifayət qədər informasiya resursunun olması insanları bir qədər yormaqdadır. Məhz bunu yaxşı anlayan "Apple", video kontentlərə daha çox üstünlük verir. Çünki insanlar gördükləri məlumatı daha tez mənimsəyirlər. Bu həm istifadəçilərin yeni məhsulları daha yaxşı tanımasına, həm də satışların çoxalması üçün əvəzolunmaz vasitədir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər