main-post-cover

    "Apple"ı köhnəlmiş hesab edən "LeEco" şirkəti iflasın astanasındadır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Hər il, "Apple”ı kölgədə qoymağı elan edən yeni şirkət yaranır.

    Bu il də istisna olmadı. Belə ki, "Apple”ı smartfon bazarındakı hegemonluqdan çıxarmağı hədəfləyən bu ilki şirkət "LeEco” idi. İyun ayında şirkətin CEO-su Jia Yueting bildrimişdi ki, "Apple” əfsanəvi şirkətdir, lakin onun baxış bucağı keçmişdə qalıb. Çin şirkətinin əsas hədəfi iPhone-nun hegemonluq etdiyi bazarda qalib gəlmək idi. Lakin hər şey əksinə baş verdi və hal-hazırda "LeEco”, iflasın astanasındadır. Vəsaitlər əsasən pafoslu tədbirlərə, müxtəlif sahələrdəki layihələrə investisiya kimi xərclənirdi. Şirkətin smartfonlarının öz istehsal qiymətindən aşağı dəyərdə satılması isə şirkət büdcəsinin sonunu gətirdi. "Technote.az"ın "Macdigger.ru"a istinadən verdiyi xəbərə əsasən problemin tam ciddiliyini görən şirkət, qənaət etməyə qərar verdi.
    Nəticədə bunu görən fond birjası hadisə ilə bağlı reaksiya verdi və şirkətin səhmləri aşağı düşdü. Bu həftə onların dəyəri şirkət tarixindəki rekord dərəcədə aşağı düşüb. Əgər səhmlərin qiyməti getdikcə aşağı düşsə bu, ciddi problemlərə yol açacaq və şirkətin iflası real ola bilər. Bu cür hallarda ənənəvi olaraq şirkət öz xərclərini azaltmaq üçün işçilərinin müəyyən hissəsini işdən azad etməlidir. "LeEco”da isə işdən azad etmə prosesi irimiqyaslı olacaq. Hər 10-cu işçi qovula bilər. Əgər nəzərə alsaq ki, hal-hazırda şirkətdə 8000 nəfər işçi var, onda sözügedən prosesdən sonra göstərici 7200 nəfər olacaq. Maraqlısı ondadır ki, işdən azad edilmə ilk öncə şirkətin smartfon istehsalı ilə məşğul olan şöbəsindən başlayacaq. Bununla belə şirkətin digər şöbələri də bundan yan keçməyəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər