"Apple"ın 10-cu ili münasibətilə yeni iPhone modeli haqda ilkin məlumatlar

358

Apple-ın yeni çıxaracağı modellə bağlı məlumatlar artıq gəlməkdədir. Gələn il "Apple”ın 10 ili tamam olacaq. 10 ildir texnologiya dünyasına liderlik edən şirkət hər dəfə ortaya çıxardığı modellərlə diqqətləri üzərində toplamağı bacarıb.

Bir müddət əvvəl iPhone 7 seriyasının təqdim olunmasına baxmayaraq, hər kəs yeni modeldə nə kimi dəyişikliklərin yer alacağını səbirsizliklə gözləyir.

Yeni model "S” olmaya bilər

Bu seriyada iPhone 7 modelinin S seriyası yer almayacaq. Bu o deməkdir ki, 2017-ci ildə Apple, iPhone 8 və ya 10-cu il münasibətilə iPhone 10 çıxara bilər.

Ön hissəsi küncsüz olacaq


Apple Bloger-i John Gruber tərəfindən ortaya atılan iddiaya görə iPhone 10 tam üz səthinə malik olacaq. Şirkət içində gizli qaynaqdan alınan xəbərə görə telefonun səthi olduqca geniş olacaq. Apple analitiklərindən olan Min Chi Kuo, iPhone 10-un gövdəsinin şüşədən ola biləcəyini bildirib. Yeni modelin iPhone 4 və 4s-ə bənzər bir dizayna malik olacağını deyən Kuo, bu günədək bir çox fikrinin doğru çıxdığını da vurğulayıb.

Home düyməsi gizli ola bilər

Gruber-ə görə Home düyməsi paneldə gizli şəkildə yer alacaq. Bu da onu görünməz edəcək. i4u adlı texnoloji blogunda bu xəbərin təstiq edildiyi də bildirilir. Xatıladaq ki, yaxın zamanlarda Çinli texnologiya nəhəngi Xiomi bazara buna bənzər texnolojiyə malik cihaz çıxarmışdı.

The Korea Heral xəbər saytının məlumatına görə keçmiş modellərdə LCD texnologiyası istifadə olunduğu halda, yeni iPhone modeli AMOLED ekrana sahib olacaq. Belə olan halda cihazın ekran quruluşunun daha diqqət çəkici olacağı deyilir. Bundan əlavə yeni şarj cihazlarının naqilsiz olacağı da vurğulanır. Şirkət daha əvvəl də wireless şarj üzərində çalışdığını bildirmişdi.