main-post-cover

    "Apple"ın baş dizayneri şirkətin sirli dizayn studiyasını göstərib (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Designed by Apple in California adlı yeni kitabın satışa çıxması ərəfəsində Jonathan Ive şirkətin sirli dizayn studiyasını göstərib.

    "Apple”ın baş dizayneri Jonathan Ive şirkətdəki işi haqqında danışmaqla kifayətlənməyərək iPhoneiMac cihazlarının yeni modellərinin hazırlandığı sirli dizayn studiyasını da insanlara göstərib. "Apple” öz işində bir sıra xüsusiyyətlərinə görə digərlərindən fərqlənir. Bu xüsusiyyətlərdən biri də dizayna olan yanaşmadır. "Apple”ın hər bir məhsulu sənaye dizaynının etalonu hesab edilərək bütün rəqiblərdən fərqlənir və bazarın trendini dəyişir. Şirkət, məhsullarının dizaynının 20 illik tarixini əhatə edən "Designed by Apple in Californiaadlı kitabını anons edib. Müsahibəsində Jonathan Ive bu kitabı yaratmağın əsas səbəblərini izah edib. Onun sözlərinə görə kitab, ideyaların nə dərəcədə gözlənilməz olduğunu, foto kataloqu isə "Apple” dizaynının təkamülünə baxmağa imkan verir. Jonathan Ive-ın dizaynerlər komandası artıq 25 ildir ki, bir yerdə çalışır. "Bu illər ərzində mənim fikrimcə yaxşı ideyaların yaranması ehtimalını yüksəldən komanda və əhatəni yarada bildik. Həmin ideyalar yarananda isə onları görürlər. "Apple”ın dizayn studiyası əsl emalatxanadır. Biz, üçölçülü əşyalar və bir çox prototiplər hazırlayırıq” – deyə Jonathan Ive bildirib.
    Linki kopyala