main-post-cover

    "Apple"ın VR cihazının patent fotoları sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Görünür "Apple” da VR cihazlar bazarına daxil olmağı planlaşdırır.

    Belə ki, ABŞ-ın ticarət nişanları üzrə patent bürosu şirkətə "portativ və ekrana sahib elektron cihazı saxlamaq üçün alət”in patentini təqdim edib. Təsvirə əsasən şirkət kiçik ekranlı cihaza öz diqqətini yönəldib. Başqa sözlə desək söhbət Samsung Gear VR cihazının analoqu olan digər bir cihazdan gedir. Qeyd edək ki, Gear VR-ın əsas özəlliyi cihazın ekran funksiyasını smartfonun ekranının yerinə yetirməsidir. "Apple” patentindədə iPhone model smartfonların yerləşdiriləcəyi kiçik yer olan xüsusi eynəklər təsvir olunub. Bu halda portativ cihazın ekranı başa taxıla bilən ekran rolunu oynayacaq. Şirkətin VR cihazı bir neçə linzadan, məsafə ötürücüsündən, sensor paneldən, bir neçə idarəetmə düyməsindən və fokuslamaq üçün kiçik təkərdən ibarət olacaq. Həmçinin şirkət, cihazı uzaqdan idarə üçün xüsusi pult da təqdim edəcək. Bu halda məlumatların ötürülməsi naqilsiz interfeys vasitəsilə reallaşacaq. Maraqlısı ondadır ki, "Apple” sözügedən cihazın patenti üçün hələ 2008-ci ildə qeydiyyatdan keçmişdir. O dövrdə nəinki Gear VR, hətta Oculus Rift kimi layihələr belə yox idi.

    Linki kopyala