"Apple"ın yeni cihazının ilk görüntüsü sızdırılıb (VİDEO)

738

"Apple”ın yeni cihazının ilk videosu Reddit portalında təqdim olunub.

Sözügedən cihaz klaviaturadır. Bu klaviatura hər bir tətbiqə uyğunlaşaraq ona görə öz görünüşünü dəyişə bilir. Onun naqili yoxdur və düymələri müəyyən tətbiqə uyğun şəkildə aktiv olur. Videonu təqdim etmiş Reddit istifadəçisinin qeyd etdiyinə görə o, "Apple”ın qapalı prezentasiyasında olub. Öz dediklərinə sübut olaraq istifadəçi, iMac ilə çalışan yeni nəsil klaviaturanın videosunu təqdim edib. Foxconninsider adlı istifadəçi bildirib ki, öz qapalı prezentasiyası çərçivəsində şirkət iki yeni cihazı təqdim edib. Bu cür video və xəbərdən sonra sadəcə gözləmək qalır ki, şirkət bu cihazları satışa çıxaracaq yoxsa onlar prototip mərhələsində qalacaqlar.