"Apple"ın yeni iPhone 8 seriyası telefonları 3 fərqli formaya sahib olacaq

460

Apple, gələn il 3 fərqli iPhone 8 modeli tanıdacaq.

"Apple” hələ yeni iPhone 7 modelini tanıtmağa başlarkən Tayvanda yerləşən Nikkei adlı veb sayt önümüzdəki il nümayiş olunacaq iPhone 8 modelləri ilə əlaqədar ciddi iddialar ortaya qoydu. Yer alan xəbərə inanacaq olsaq "Apple” gələn il 3 fərqli ekran ölçüsünə sahib iPhone 8 modeli tanıdacaq. 4.75.5 inçlik ekran ölçüləri öz ənənələrinə sadiq qalacaq. Bundan əlavə başqa bir 5 inçlik model də tanıdılacaq. 4.7 və 5 inçlik modellərdə LCD ekranın yer alacağı haqda məlumat verən sayt, 5.5 inçlik modelin OLED ekrana sahib olacağını açıqlayıb. Bundan əlavə iPhone 8 modelləri bütünlüklə şüşə örtük ilə dizayn olunacaq. Bu texnologiya, Çin mərkəzli Lens TexnologyBiel Crystal Manufactory tərəfindən həyata keçiriləcək.

iPhone 8 modelinin tanıtımına 10 aydan çox vaxt qalmasına baxmayaraq, Apple-ın yeni modeli haqda xəbərlər gəlməkdədir. Digər tərəfdən bu modellər haqda məlumatların yayılması şirkətin yeni cihazlarına nə qədər çox maraq olduğunu gözlər önünə sərir. Ümid edirik ki, "Apple”ın yeni cihazları həm dizayn, həm də proqram təminatı baxımından istifadəçiləri sevindirəcək.