main-post-cover

    Apreldə təqdim olunacağı gözlənilən “Samsung Galaxy S8”, Martda təqdim olunacaq!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung”-un məlum "Note 7” hadisəsi sonrası 26 Fevralda başlayacaq olan Mobil Dünya Konqresində təqdim olunacağı gözlənilən "Galaxy S8” modelinin təqdimatının təxirə salındığından bəhs etmişdik. Daha sonra Aprel ayı üçün fərqli tarixlərin danışıldığı və təqdimat üçün indi isə Mart ayından söz edildiyini deyə bilərik.

    Artıq Mobil Dünya Konqresində (MWC) "Galaxy S8”-in təqdim olunmayacağı dəqiqləşib. Yeni səslənən tarix isə 26 Mart 2017 olaraq bildirilib. Bu tarixdə təşkil olunacaq təqdimatın ardından, Aprel ayının sonu bazara satışa çıxarılacaq olan "Galaxy S8”-in 849 Dollar kimi bir başlanğıc qiymətiylə bazarda yerini alacağı bildirilib.
     
    Ancaq eyni şaiələrə görə "MWC 2017”-də kiçik bir təqdimat mərasimi olacağını, ancaq bu təqdimatın sadəcə bir qrupa özəl olduğunu, ümumi təqdimat tarixi olan 26 mart-dan əvvəl burada, embarqo müşaiyətində tanıdılacağı da bildirilir. 26 Mart-da ümumi olaraq tanıdılacaq "Galaxy S8”-in necə olacağını görəcəyik. Təbiki "MWC”-dəki qısa təqdimatdan sızıntıların olma ehtimalı olduqca yüksəkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər