main-post-cover

    Araşdırmalara görə uşağın zəkası ananın genindən asılıdır

    07.05.2017
    Farid Pardashunas

    Yaxın zamanlarda aparılan bir araşdırma maraqlı bir nəticəni ortaya qoyub. Beləki, araşdırmaların nəticələrinə görə uşağın zəka səviyyəsi ananın intelektual səviyyəsindən asılıdır.

    Son araşdırmalara görə ağıllı insanlar zəkalarını analarına borcludur. Alimlərin verdiyi məlumata inansaq deyə bilərik uşaq zəka ilə bağlı genlərini anadan alır. Verilən məlumata görə zəka genləri X xromosumu ilə ötürülür. Doğrudur kişilərdə də X xromosomu mövcuddur. Amma alimlər uşağın zəka faktoruna təsir edən amilin anadan asılı olduğunu iddia edir.
    Araşdırmalara görə anadan çox gen alan uşaqların başı və beyni digərləri ilə müqayisədə daha iri olur. Ataya aid genlərin üstünlük təşkil etdiyi uşaqlarda isə bu nisbət əksinə olur. Yəni belə uşaqların beyin və baş quruluşu daha kiçik olur.
    Embriyon böyüyərkən ataya aid genlərə sahib hüceyrələr embbrionun həyatda qalmasına yardımçı olur və beynin limbik sistemində toplanaraq aqresiya, aclıqcinsiyyətin formalaşmasına şərait yaradır.
    Araşdırmalara görə atanın hüceyrələri, zəka, planlama və dil bacarıqları kimi qabiliyyətlərin formalaşması zamanı beyin zərində müşahidə olunmur.

    Digər bir araşdırmada isə ananın uşağın intelektual inkişafında fikizi və emosional əlaqəsinin formalaşmasında böyük rol oynadığı bildirir. Alimlərin dediyinə görə ana ilə çox yaxın münasibət quran uşaqlar daha tərs olurçətin problemi daha asan həll edirlər.
    Bir digər tərəfdən zəka, problem həll etmə xüsusiyyəti olaraq da bilinir. Amma insan problemi həll edərkən beyni bir bütün olaraq çalışır. Belə olduqda tək ananın deyil, həm də atanın genləri həll edici rol oynayır.
    Genetiklərin nə deməsindən asılı olmayaraq hər iki valideyn uşağın həyatında vacib rol oynayır. Əgər araşdırmalar tam doğru olsa belə atalar uşaqları üçün gələcəkdə nümunəvi şəxs olaraq onun inkişafına ciddi təsir göstərə bilər. Yəni əslində hansı IQ sahibi olmağınızın heç bir mənası yoxdur, əsas olan sizin özünüzü necə inkişaf etdirməyinizdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər