main-post-cover

    Artıq Android oyunlarını Facebook-da canlı olarak yayınlaya bilirsiniz!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Kompüterlərdə Android istifadəsini təmin edən BlueStacks, Facebook Live dəstəyi qazanaraq PC üzərindən Android oyunlarını yayımlaya bilməyinizə şərait yaradır.

    Artıq dəb halını alan oyun nümayişi, xüsusilə Twitch və YouTube kanallarında daha çox izləyicini öz ətrafında toplasa da, son zamanlar Facebook da trend olmağı bacarıb. Ümumilikdə PC və konsol oyunlarının üstünlüyü nəzərə çarpsa da, artıq mobil oyunlar da əhəmiyyət kəsb etməyə başlayıblar.
    Buna xüsusi diqqət ayıran BlueStacks, öz proqramına Facebook Live dəstəyi gətirərək PC üzərindən Android oyunlarını Facebook-da canlı olaraq yayımlanmasına şərait yaratdı. Bu isə sizə çox yaxşı oynaya bildiyiniz oyunları digərləri ilə paylaşma şansı verir. Bunu telefon, planşet və kompüter vasitəsilə həyata keçirə bilərsiniz.
     

     
    Videodan göründüyü kimi sol tərəfdə oyununuz, sağ tərəfdə isə canlı yayım paneliniz olacaq. Kameranız ilə öz görüntünüzü izlərkən, eyni zamanda rəylərə də nəzarət edə biləcəksiniz.
    Windows Mac üçün BlueStacks-ı burdan yükləyə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər