Artıq Facebookda şərhlər bölməsi çat formasında olacaq
Sosial Media
07.05.2017
Farid Pardashunas
Facebook sosial şəbəkəsi yeni maraqlı funksiyanı test etməyə başlayıb.
Belə ki, hələ bəzi istifadəçilər üçün aktiv olan yeni funksiya sayəsində,
şərh bölməsi çat formasında istifadəçinin hesabında əks olunacaq. "Facebook”
təmsilçisi təsdiq edib ki, şirkət sosial şəbəkədə olacaq yeni funksiyanı test
edir. "Technote.az"ın "Techcrunch"a istinadən verdiyi xəbərə əsasən bura yalnız sosial şəbəkənin web versiyasından istifadə edən insanlar
daxildir. "Biz istifadəçilərdən bu barədə rəylər alırdıq. Həmin rəylərdə
onlar qeyd edirdilər ki, əsas səhifədə olan postlarda müzakirələr aparmaq üçün
daha rahat şərh interfeysi istəyirlər. Məhz buna görə biz, şərhləri çat
formasında əks etdirən yeni funksiyanı test edirik. Əgər kimsə sizin postunuza
şərh bildirsə, sizin şərhinizə cavab versə və ya sizi hansısa posta tag etsə
onda bununla bağlı bildiriş ekranın alt hissəsində çat formasında əks olunacaq. İstifadəçi istədiyi zaman həmin pəncərəni bağlaya və ya bildiriş bölməsini
söndürə bilər” – deyə şirkət təmsilçisi bildirib. Bununla yanaşı şirkət yeni
funksiyanın test rejiminin hansı ölkə istifadəçiləri üçün aktiv olduğunu
bildirməyib. Bundan əlavə olaraq yeni funksiyanın neçə müddət test rejimində
olacağı da məlum deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək