main-post-cover

    Artıq Google Allo-da uyğun emosiya və stikerləri seçmək üçün ağıllı simvol yer alacaq

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Hal-hazırda bir çox messengerlər çox yayılsa da bunların içində Google Allo daha tez məşhurlaşdı deyə bilərik.
    Google-da emosiya simvolu indi daha "ağıllı” yeni simvolla əvəz olunub. Belə ki, bu simvol yalnız yeni emosiyaları əks etdirmir, həm də sizə istifadə etməyiniz üçün uyğun emosiya və ya stikeri təklif edir. Bu simvol Smart Smiley adlanır. Belə ki, siz bu simvola klik etdikdə açılan sahədə sizə yazdığınız cümlə və ya ifadəyə uyğun emosiya və ya stiker təklif olunur. Bu yenilik sadəcə ingilis dili olan messengerə aiddir. Qeyd edək ki, bu vaxta qədər istifadəçilərə yalnız yazdığı cümlədə istifadə etmək üçün sözlər təklif olunurdu. Sözə klik etməklə yazmadan yerini təyin edə bilirdiniz.

    Bundan əlavə bir çoxlarının səbrsizliklə gözlədiyi Harry Potter filminin davamı olan "Fantastic Beasts and Where to Find Them” filmində yer alan xarakterlərin də stikerləri də Google Allo-da yer alıb.
     
    Həmçinin Google Allo-da gizlilik rejimi də mövcuddur. Hansı ki, bir müddət sonra sizin bütün mesajlarınız serverdə saxlanmağa başlayacaq. Bunu istəməyən şəxslər ya anonim rejimdə ya da öz mesajlarını silərək qarşısını ala bilərlər.
    Linki kopyala