main-post-cover

    Artıq iPhone 7 də icarəyə verilir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Mebel, avtomobil, toy libasları və velosipedlərin icarəsi ilə artıq heç kimi təəcübləndirmək olmur.

    Lakin indi bir çoxlarını təəcübləndirən iPhone cihazalarının icarəyə verilməsidir. Krizisin gəlişi ilə bahalı əşyaların icarəyə verilməsi dəbə düşdü. Bu halda ən yeni cihazlardan tutmuş VIP avtomobillərə qədər insanlar bir çox şeyləri icarəyə götürürlər. Bir çoxları, başqalarının paxıllıq çəkməsi baxımından bunu yaxşı üsul hesab edir. Ukraynada şirkətlərdən biri iPhone 7 Plus modelinin icarəyə verilməsi xidmətini təklif edir. "Technote.az"ın "Macdigger.ru"a istinadən verdiyi xəbərə əsasən bu xidmətdən yararlanmaq istəyən şəxs ilk öncə 29.000 qrivna (1.916 azn) məbləğində girov qoymalıdır. Cihazın bir saatlıq icarəsi 100 qrivna (6.61 azn), 24 saatlıq icarəsi isə 1200 qrivna (79 azn) təşkil edir. Əgər iPhone, şəxsə 2 günə və ya daha uzun müddətə lazım olarsa onda icarənin qiyməti ayrıca danışılır. iPhone zədələnsə bu problem zədə səviyyəsinin qiymətləndirilməsinin həyata keçirildiyi servis mərkəzi üzərindən həll olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər