Artıq kənar səs-küylər sizə mane olmayacaq (VIDEO)

483

"Celestial Tribe” şirkəti Muzo adlı cihazı təqdim edib.

Bu cihaz istifadəçini kənar səslərdən qorumaq xüsusiyyətinə malikdir. Muzo kənar səsləri istifadəçidən gizlədən səs gücləndiricilərdən ibarətdir. Kənar səslərdən azad olmaq üçün istifadəçi cihazı yastı səthə bərkitməlidir. Yastı səth burda rezonator funksiyasını daşıyır. Beləliklə cihaz kənar səs-küyləri və ya digər şəxslərin yüksək səslərini təcrid edən səslər yayır. Həmçinin Muzo vibrasiyaları da udur. Beləliklə əgər siz yerləşən yerin yaxınlığında tikinti gedirsə onun səsini rahatlıqla eşitməyə biləcəksiniz.

 

 

Cihazın 3 iş rejimi var. Birinci rejim bütün səs və vibrasiyaları təcrid edir, ikinci rejim küyü azaldaraq rahat yuxunu təmin edən xüsusi səslər səsləndirir, üçüncü rejim isə süni səssizlik əhatəsi yaradaraq istifadəçini söhbətə qulaq asan kənar şəxsdən təcrid edir. Şirkət Kickstarter və IndieGoGo vəsait yığma saytlarında uğurlu marketinq strategiyası aparmışdır. Hal-hazırda Muzo-nu 159$ qiymətinə ön sifariş etmək mümkündr. Cihaz gələn ilin Aprel ayında satışa çıxacaq.