Artıq kitabın qapağını belə açmadan oxumaq mümkündür!

545

Massaçusest Texnologiya Universiteti (MIT), istifadəçilərin kitab qapaqlarını açmadan içindəki yazıları oxuya biləcəkləri bir həll üsulu hazırladılar. Bu üsul üçün radiasiyadan istifadə ediləcək. Leonardo Da Vinçinin əlyazmaları, İncil və s. kimi kitablar istifadəçilər tərəfindən incələndiyi zaman parçalanma, cırılma və s. kimi hallar ilə qarşı qarşıya qalırlar. Buna mane olmaq üçün hazırlanmış bu həll üsulu, kitabların təhlükəsizliyinə xidmət edəcək.

 

MIT tədqiqatçıları bir görüntü hesablama sistemi ilə hazırladıqları bu üsul, istifadəçilərin kitab qapağını açmadan, səhifələri tək-tək oxuya bilmələrimə şans tanıyacaq. Terahertz radiasiya istifadə edilərək skan ediləcək kitablar, səhifələr arasında olan 20 mikrometr hava boşluqları vasitəsilə istifadəçilərə səhifənin görüntüsünü ötürə biləcək.


MIT tədqiqatçıları bu üsulun hər kitabda istifadə edilə bilinməyəcəyini qeyd edirlər. Həmçinin sistemin hələ ki sınaq mərhələsində olduğunu ifadə edən tədqiqatçılar, kitabın ilk 9 səhifəsini dəqiq formada, geri qalan 11 səhifəsinin isə bulanıq formada oxuna bildiyini ifadə edirlər. Hələki kitabın cəmi 20 səhifəsi oxuna bilinir.

 

MIT-nin hələ çox inkişaf etdiriləcək bu layihəsində ilk olaraq Rus yazıçı Lev Tolstoyun "Hərb və Sülh" romanını istifadəçilərə təqdim etməsi gözlənilir. Tarixçilər isə bu üsulun, həssaslıq dərəcəsi olduqca yüksək kitabların oxunulmasında son dərəcə köməkçi olacağını iddia edirlər.