Artıq orqan köçürmələrində 3D printerlər istifadə olunacaq

93

Queensland Texnologiya Universiteti (QUT) bir çox xəstəliklərin 3D printerlə müalicəsinə nail etmək niyyətindədir. Belə ki, yeni 3D printer sayəsində mümkün sümük və toxumaların transplantasiyasını həyata keçirmək mümkün olacaq. 2 mərtəbəli "biofabrik” Avstraliya xəstəxanalarının birində yer alacaq. Bunu etməkdə əsas məqsəd orqan transplantasiyasını daha tez həyata keçirməkdir.


Alimlərin verdiyi açıqlamaya görə artıq yeni texnologiyanın köməyilə metal implantlara ehtiyac qalmayacaq. Əvvəllər bio mühəndislər xəstənin özünün toxumalarından istifadə edərək qulaq protezi və ya digər əməliyyatları həyata keçirirdilər. Amma bəzi orqanların belə üsulla əldə olunması bir qədər problemli iş idi. Belə orqanlardan biri böyrəkdir. Hansı ki, daimi olaraq qan dövranının damarlarda dövranını həyata keçirmək vacib şərtdir.

Amma yeni texnologiya sayəsində belə çətinliklər tez bir zamanda aradan qalxa bilər. Belə ki, biofabrik adı verilən bu yenilik prosesləri sürətləndirə bilər.

Amerikalıların fikrincə yaxın on illikdə 3D texnologiya sayəsində insan orqanları istehsal etmək mümkün olacaq. Bu arada artıq burda hər hansı material deyil, canlı orqanizmlərə xas hüceyrə və toxumalar istifadə olunacaq. Həmçinin bu printerlər insan orqanlarını lazım olan ölçüdə istehsal etməyə imkan verəcək.

Wake Forest Universitetinin bio mühəndisləri artıq mümkün variantları sınaqdan keçirmək üçün heyvanlar üzərində eksprimentlər aparırlar. Bu haqda məlumatı Engadget xəbər agentliyi paylaşıb.