Artıq Shazam-da musiqiləri videoları ilə izləyə biləcəksiniz

197

Shazam bir çoxlarının sevə-sevə istifadə etdiyi ən populyar tətbiqlərdən biridir. Belə ki, bu tətbiqin köməyilə siz mahnının kimə aid olduğunu tez bir zamanda öyrənə bilirdiniz. Amma bu yeniliklə artıq mahnını izləyərək dinləyə biləcəksiniz.

Shazam-ın tərkibində 1800-dən çox müğənni yer almaqdadır. Shazam istifadəçilərinin sayı 3 milyard nəfər təşkil edir. Shazam-ın bu qədər məşhur olmasının səbəbi axtarılan musiqinin tez tapılmasıdır. Belə ki, musiqini Shazam-a dinlətməklə musiqinin kim tərəfindən oxunduğunu, mahnının adını öyrənə bilərsiniz.


Verilən məlumatlara görə, Shazam ilə Vadio-nun etdiyi yeni ortaq çalışma nəticəsində təqdim olunacaq yenilik bu tətbiqi sevənləri daha da sevindirəcək. Əvvəllər axtardığınız mahnını olduğu kanala (YouTube və Dailymotion) yönləndirərək , dinləyirdiniz. Bu yenilik ilə artıq tapdığınız mahnını Shazam-ın öz tətbiqi üzərindən videosu ilə birlikdə dinləyib izləyə biləcəksiniz.

Shazam-ı iOS istifadəçiləri burdan, Android istifadəçiləri burdan yükləyə bilər.